media-inshot_20250710_222459430

İranın paytaxtı Tehranda hündürmərtəbəli yaşayış binasında güclü partlayış baş verib.

Patrulaz.az “Azad İran” telegram kanalına əsasən xəbər verir ki, hadisə 20 mərtəbəli binanın 15-ci mərtəbəsində baş verib. Partlayış nəticəsində üç mənzilin divarları uçub, hadisə yerində ciddi dağıntılar müşahidə olunur.

Sosial şəbəkələrdə yayılan görüntülərdə partlayışın anbaan videoya çəkildiyi görünür. Kadrlarda yerli sakinlər partlayışı İsrailə məxsus dron hücumu ilə əlaqələndirirlər.

Rəsmi qurumlardan hələlik insidentin səbəbi və mümkün itkilərlə bağlı açıqlama verilməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Bənzər xəbərlər