İranda ermənilərə həsr olunmuş metro stansiya fəaliyyətə başladı - FOTOLAR
İranın paytaxtı Tehranda erməni xristian icmasına həsr olunmuş “Müqəddəs Məryəm” metro stansiyası istifadəyə verilib.
Patrulaz.az xəbər verir ki, Tehran Metropoliten İdarəsinin məlumatına görə, “Məryəm Moghaddam” adlı stansiyanın tikintisinə 2015-ci ildə başlanılıb və hazırda ictimaiyyətin istifadəsinə verilə biləcək mərhələyə çatıb.
Şərqşünas Viktoriya Arakelova isə “Facebook” səhifəsində stansiyanın İranın erməni icmasının şərəfinə tikildiyini bildirib.
Məlumata görə, stansiyanın xarici görünüşü, giriş pavilyonu və daxili dizaynı 6-cı xəttin ən fərqləndirici memarlıq nümunələrindən biri hesab olunur.
Qeyd edək ki, stansiyanın adı ölkədəki erməni xristian icmasının mədəni və tarixi roluna ehtiram əlaməti olaraq seçilib. Bundan əvvəl də Tehranda bir neçə küçənin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib.


Gülbəniz Səfərova






