media-inshot_20251017_170048146

İranın paytaxtı Tehranda məcburi hicab qaydalarına nəzarəti gücləndirmək məqsədilə 80 mindən artıq təlim keçmiş nəzarətçinin fəallaşdırılması planlaşdırılır.

Patrulaz.az xəbər verir ki, bu barədə Tehranın Düzgün İşlərə Çağırış və Pis İşlərdən Çəkindirmə qərargahının katibi Ruhullah Mömin Nəsəb açıqlama verib.

O bildirib ki, qadınların hicaba riayətinin izlənməsi və düşmənin fəaliyyətlərinin təhlili üçün “İffət və Hicab Vəziyyəti Otağı” adlı yeni qurum yaradılacaq. Müşahidələr aidiyyəti qurumlara təqdim olunacaq.

Layihə çərçivəsində 80 mindən çox nəzarətçi ilə yanaşı, 4 575 hüquq-mühafizə əməkdaşı və təlimatçı xüsusi hazırlıqdan keçirilərək prosesə cəlb olunacaq.

Qeyd edək ki, İranda məcburi hicabla bağlı yeni qanun layihəsi hələ qüvvəyə minməsə də, “ictimai nizamın qorunması” adı altında hicab qaydalarını pozanlara qarşı sərt tədbirlər tətbiq olunmağa davam edir.


Bənzər xəbərlər