media-img_3533

Patrul.az xəbər verir ki, Xaqani Ticarət Mərkəzində fəaliyyət göstərən “Tək Xəngəl Deyil” restoranına gedən bir qrup xanım və bəy “limitsiz xəngəl seti” sifariş ediblər. Lakin xəngəl təqdim olunduqda onun tam çiy olduğu məlum olub. Müştərilərin iradından sonra yemək iki dəfə yenidən gətirilsə də, vəziyyət dəyişməyib. Üçüncü porsiya isə nisbətən normal olub.

Qaynar xəttimizə göndərilən məlumatda bildirilir ki, hadisədən sonra mətbəxdə çalışan xanım müştərilərə qarşı hörmətsizlik göstərərək onların ünvanına qeyri-etik ifadələr işlədib.

Ardınca restoran rəhbərliyi məsələyə izah verməyib, əksinə, müştəriləri hədələyərək “ya çıxın, ya da yaxşı olmayacaq” ifadəsini işlədib.

Videonun davamında rəhbərliyin müştəriləri açıq şəkildə təhqir etdiyi görünür. Qeyri-etik ifadələrə görə həmin hissə yayımlanmır.

Ümid edirik ki, aidiyyəti qurumlar məsələyə hüquqi qiymət verəcək.


Bənzər xəbərlər