Təyyarənin məktəbə çırpılması ilə 19 nəfər həlak oldu - VİDEO
Banqladeşdə təlim təyyarəsi məktəbə çırpılıb.Banqladeşdə təlim təyyarəsi məktəbə çırpılıb.
Patrulaz.az “NTV”yə istinadla xəbər verir ki, paytaxt Dəkkədə Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin yaşayış ərazisinə çırpılması nəticəsində 19 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Qəzaya səbəb Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus F-7 tipli hərbi təlim təyyarəsinin uçuş zamanı idarəetməni itirərək məktəbə çırpılması olub.
Məlumata görə, hadisə nəticəsində ölənlər arasında uşaqlar da var.
Səlahiyyətli şəxslərin verdiyi ilkin açıqlamada bir nəfərin həlak olduğu bildirilsə də, sonradan bu rəqəm 19-a yüksəlib.
Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Qəzanın dəqiq səbəbi araşdırılır.
Gülbəniz Səfərova






