media-img_1122

TikTok sosial şəbəkəsində “Aktyor Kənan” adı ilə tanınan bir şəxs canlı yayım zamanı bütün Azərbaycan xalqını təhqir edən ifadələr işlədib. Sözügedən şəxs bu davranışı ilə sosial mediada ciddi narazılıq yaradıb.

İzləyicilərin Patrul.az-a verdiyi məlumata görə, həmin şəxs bir neçə dəfə canlı yayıma çıxaraq həm milləti təhqir edən, həm də aşağılayıcı ifadələr işlədən çıxışlar edib. Daha da təəccüblüsü odur ki, o, növbəti yayımlarında bu hərəkətini açıq şəkildə müdafiə edib və məsuliyyətdən qorxmadığını bildirib.

Kənan adlı şəxs bir canlı yayımında “kiminsə anasına söyürəm, yaxşı da edirəm, məni çağırıb cərimə edəcəklər, cəriməmi ödəyib bir də söyəcəm” kimi ifadələr işlədib. Onun bu sözləri sosial media istifadəçiləri arasında geniş qəzəb doğurub.

Belə hallar təkcə etik deyil, həm də hüquqi baxımdan məsuliyyət doğura bilər. Sosial şəbəkələrdə yayılan təhqiredici çıxışlar Azərbaycan qanunvericiliyinə görə, ictimai qaydanın pozulması və nifrət nitqinin yayılması kimi qiymətləndirilə bilər.


Bənzər xəbərlər