media-inshot_20251017_230648063

Ötən gün Tovuzda əri Səbuhi tərəfindən qətlə yetirilən 29 yaşlı Mətanət Hacızadənin qayınanası danışıb.

Patrulaz.az “APA TV”yə istinadən xəbər verir ki, onun sözlərinə görə, gəlininin toya tək getməsi barədə oğluna məlumatlar verilib:

“Yalandan deyiblər ki, guya gəlin uşaqları da qoyub təkbaşına toya gedib. Dedim, ay oğul, sənə yalan deyirlər. Beyninə o qədər girmişdilər ki… Mənim gəlinim aydan arı, sudan durudur. Bir dənə səhvi olmayıb. O qədər beynini doldurmuşdular ki, ancaq deyirdi öldürəcəyəm”.

Xatırladaq ki, xanımını atası evində qətlə yetirdikdən bir neçə saat sonra Səbuhinin də cəsədi rayonun Əyyublu kəndində ağacdan asılı halda tapılıb. Cütlüyün 3 oğlu var imiş.

Daha ətraflı süjetdə:


Bənzər xəbərlər