media-443dae11-a2ff-44ec-a517-b8a7f9f1933e

Qazax-Tovuz Regional Təhsil İdarəsi sosial şəbəkələrdə yayılan, Tovuz rayonu Qovlar şəhər 2 nömrəli körpələr evi – uşaq bağçasında uşağa qarşı yolverilməz davranışı əks etdirən video ilə bağlı araşdırma aparıb.

İdarədən Patrulaz.az-a verilən məlumata görə, araşdırma nəticəsində görüntülərdəki hadisənin təxminən iki il əvvəl baş verdiyi müəyyən edilib. Təlim – tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq, videoda yer alan sanitar-dayə 30 oktyabr 2025-ci il tarixində müvafiq əmrlə işdən azad edilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Patrul.az-a verilən məlumatda bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki və psixoloji təhlükəsizliyi əsas prioritetlərdəndir. Uşaqlara qarşı hər hansı uyğunsuz davranış qəbuledilməz sayılır və belə hallara qarşı barışmaz mövqe nümayiş etdirilir. İdarə qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların psixoloji zərər görməməsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə maarifləndirmə işləri davam etdirilir.


Bənzər xəbərlər