Toyda dostları bəyə qadın paltarları geyindirdilər
Çanaqqalada keçirilən bir toy mərasimində gəlin və bəyə verilən qeyri-adi hədiyyələr hər kəsi təəccübləndirib.
Patrulaz.az “SonDakika”ya istinadən xəbər verir ki, həftəsonu boyunca davam edən toyda bəyə edilən zarafatlar əyləncəli görüntülər yaradıb.
Gənclərin toyunda dostlarının etdiyi müxtəlif zarafatlar rəngli anlar yaşadıb. Toy mərasiminə qatılan qonaqlar doyunca əyləniblər, lakin sıra hədiyyə mərasiminə çatanda heyvandarlıqla məşğul olan bəyə edilən hədiyyələr fərqli olub. Cütlüyün dostlarından Haqqı Eren, gəlinə hədiyyə mərasimində buzov hədiyyə edib. Bəyin dostu və sağdışı Utku Ercen və əmisi Halil Acar isə bəyə hədiyyə olaraq birlikdə aldıqları atı təqdim ediblər.
Hədiyyə mərasimi davam edərkən bəzi qonaqlar isə gəlin və bəyə ot bağlaması, gübrə və yem kimi hədiyyələr veriblər. Hədiyyə mərasimindən sonra bəydən qadın geyimləri geyinməsi istənilib və bu anlar bəyi çətin vəziyyətə salıb. Hədiyyə edilən at və qadın geyimləri ilə toy məkanında gəzdikdən sonra, bəy bu zarafatların bitməsini səbirsizliklə gözləyib. Pınarbaşı kəndində baş tutan bu rəngarəng toy, ətraf kəndlərdə də maraqla qarşılanıb.
Ləman Sərraf