Tramp Azərbaycanın bəyanatını sosial şəbəkəsində paylaşdı - FOTO
Tramp Qəzzada sülh planına dəstək verən Azərbaycan və digər ölkələrlə bağlı paylaşım edib.
Patrulaz.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Qəzzada münaqişənin sonlandırılması məqsədilə irəli sürdüyü 20 maddəlik sülh planı ilə bağlı sosial şəbəkədə açıqlama yayıb.
“Truth Social” platformasında etdiyi paylaşımda Tramp Yaxın Şərqdə sülhün bərqərar olunması istiqamətində səylərinə dair bir sıra ölkələrin mövqeyinə yer verib. Fələstin, Hindistan, Qazaxıstan kimi ölkələrin bəyanatları ilə yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması da təqdim olunub.
Azərbaycan XİN-in bəyanatında deyilir:
Xatırladaq ki, sentyabrın 30-da Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Qəzza bölgəsində münaqişəyə son qoyulması məqsədilə açıqladığı hərtərəfli sülh planını alqışlayıb.







