media-inshot_20251013_164938893

“Bu, yeni Yaxın Şərqin tarixi şəfəqidir”.

Patrulaz.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İsrailin Knesset parlamentində çıxış edərəkən deyib.

O regionda sülhün bərqərar olacağına ümid etdiyini bildirib:

“Bu gün səma sakitdir, silahlar səssizdir, əbədiyyətə qədər sülh içində yaşayacaq bir bölgədə”, – Tramp qeyd edib.

O, çıxışında müharibənin bitdiyini, terror və ölüm dövrünün sona çatdığını və iman ilə Tanrı erasının başladığını vurğulayıb:

“Bu, İsrail və tezliklə böyük bir bölgə üçün əbədi harmoniyanın başlanğıcıdır. Mən buna çox inanıram”.

ABŞ lideri baş nazir Binyamin Netanyahuya təşəkkürünü bildirib:

“Mən çox cəsur və vətənpərvər bir insana təşəkkür etmək istəyirəm. Bibi, zəhmət olmasa ayağa qalx. Bu, asan deyil, amma onun tərəfdaşlığı bunu mümkün etdi”.

ABŞ lideri həmçinin HƏMAS-a təzyiq göstərərək girovların azad edilməsində iştirak edən ərəb və müsəlman ölkələrinə də təşəkkür edib:

“Gözləmədiyiniz insanlardan çox kömək aldıq. Bu, İsrail və dünya üçün böyük qələbədir”.

Tramp çıxışında dünyada səkkizinci müharibəni bitirdiklərini və girovların geri qaytarıldığını bildirib:

“Səkkiz ayda səkkiz müharibəni bitirəndə, bu, müharibələri sevmədiyiniz deməkdir”.

İsrailin baş naziri Netanyahu da ABŞ prezidentini ölkəsinin ən böyük dostu adlandırıb:

“Donald Tramp İsrailin Ağ Evdə indiyə qədər sahib olduğu ən böyük dostdur”, -deyə Netanyahu bildirib.


Bənzər xəbərlər