Tramp çıxışında İlham Əliyev və Paşinyanı belə xatırladıb: "Azərbaycanın rəhbəri və o biri oğlan"
ABŞ Prezidenti Donald Tramp Quanticoda yüksək səviyyəli hərbi liderlərin qarşısında çıxış edərkən Azərbaycanla bağlı diqqətçəkən açıqlama verib.
Patrulaz.az xəbər verir ki, Tramp çıxışında Azərbaycanın Ermənistanla sülh prosesində yaşadığı uzun və mürəkkəb diplomatik məsələlərə işarə edib və öz vasitəçiliyi ilə prosesin nəticələndiyini vurğulayıb.
“Azərbaycanda hər şey 36 il uzandı və deyirdilər ki, bu həll olunası deyil, amma mən həll etdim”.
Çıxışı zamanı xüsusi diqqət çəkən məqam isə Trampın Ermənistanın baş naziri Nikol Paşinyanın adını çəkməməsi olub. Belə ki, o ölkəmizin başçısı Prezident İlham Əliyevi “Azərbaycan rəhbəri”, Paşinyanı isə “o biri oğlan” ifadəsi ilə xatırladıb.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Ağ Evdə Donald Tramp vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Birgə Sülh Bəyannaməsi imzalanıb.
Gülbəniz Səfərova






