Tramp: "Hər iki tərəf müharibənin bitməsini istəyir"
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında müharibənin sona çatdırılması üçün “yaxşı şansın” olduğunu açıqlayıb.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu fikri Floridada Ukrayna nümayəndə heyəti ilə keçirilən danışıqlardan sonra səsləndirib.
“Düşünürəm ki, Rusiya da, Ukrayna da müharibənin bitməsini istəyir”, – deyə ABŞ lideri bildirib.
Qeyd edək ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner dekabrın 1-də Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfər edəcək. Vitkoffun dekabrın 1-də Moskvaya gedəcəyi, dekabrın 2-də isə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilir.
Donald Tramp özü də xüsusi nümayəndəsinin Rusiya lideri ilə bu həftənin birində görüşəcəyini təsdiqləyib.
Gülbəniz Səfərova






