Tramp: " İrana hücum vacib idi"
“İrana hücum Qəzza zolağı ilə bağlı razılığa gəlmək üçün vacib idi”.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp Nazirlər Kabinetinin iclasında çıxışı zamanı səsləndirib.
ABŞ lideri İranın nüvə obyektlərinə edilən hücum və Qəzza zolağında əldə olunan sülh sazişi barədə mühüm açıqlamalar verib.
Tramp çıxışında bir daha İranın nüvə silahına sahib olmasının qarşısını almağın zəruriliyini vurğulayıb:
“İrana hücum Qəzza zolağı ilə bağlı razılığa gəlmək üçün vacib idi. Əgər bu baş verməsəydi, bu gün İranın bir deyil, çoxsaylı nüvə silahları ola bilərdi”.
Prezidentin sözlərinə görə, Tehran tərəfi artıq sülh sazişinin tərəfdarıdır:
‘İran indi fərqlidir və sülh istəyir. Onlar bizə məlumat verdilər və bu razılaşmanı dəstəklədiklərini açıqladılar”,- deyə Tramp əlavə edib.
Xatırıadaq ki, Trampın təklif etdiyi 20 bəndlik Qəzza sülh planın birinci hissəsi HƏMAS və İsrail tərəfindən qəbul edilib.






