media-inshot_20260302_080527907

ABŞ Prezidenti Donald Tramp İrana hücumların nə qədər davam edəcəyini açıqlayıb.

Patrul.az “New York Times”a istinadən xəbər verir ki, Tramp İrana qarşı hücumların dörd və ya beş həftə davam etdirilməsinin planlaşdırıldığını bildirib.

O, həmçinin İrana potensial olaraq rəhbərlik edə biləcək üç çox yaxşı namizəd müəyyən etdiyini, lakin onların adlarını açıqlamaqdan imtina etdiyini deyib:

“İndi onları açıqlamayacağam. Əvvəlcə işimizi görək. Hökuməti devirmək qərarı sonda İran xalqının özündən asılı olacaq”, – deyə o əlavə edib.

Tramp bildirib ki, İranın yeni rəhbərliyi praqmatik tərəfdaş olarsa, sanksiyaların qaldırılması məsələsi nəzərdən keçirilə bilər.

ABŞ Prezidenti İranla müharibədə mümkün itkilər barədə də danışarkən “Biz itkilər gözləyirik” deyə reaksiya verib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər