media-inshot_20260519_201653223

“İrana yenidən zərbə endirməli ola bilərik”.

Patrul.az  xəbər verir ki, bunu ABŞ Prezidenti çərşənbə axşamı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ lideri bundan tam əmin olmadığını bildirib:

“Yəni iki və ya üç gün, bəlkə də cümə, şənbə, bazar və ya gələn həftənin əvvəlində. Məhdud bir müddətdən söhbət gedir, çünki onların yeni nüvə silahlarına sahib olmasına icazə verə bilmərik”, – deyə o vurğulayıb.

Tramp həmçinin iyunun 18-də İrana qarşı yenidən hərbi əməliyyatların başlanmasına bir saat qalmış planlaşdırılan hücumu təxirə saldığını açıqlayıb.

Daha sonra o, İranla bağlı bunları deyib:

“İran razılığa gəlmək üçün yalvarır”.

Xatırladaq ki, Tramp İrana qarşı hərbi əməliyyatları Körfəz ölkələrinin (Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)) xahişindən sonra təxirə saldığını açıqlamışdı.

Gülbəniz Səfərova


Bənzər xəbərlər