Tramp: "Putindən yenidən məyus oldum"
ABŞ prezidenti Donald Tramp Ağ Evdə Kanadanın baş naziri Mark Karni ilə görüşü zamanı Rusiya–Ukrayna müharibəsi barədə danışıb.
Patrulaz.az xəbər verir ki, Tramp açıqlamasında Rusiya prezidenti Vladimir Putindən bir daha məyus olduğunu bildirib:
“Onunla bağlı yenidən məyus oldum. Düşünürdüm ki, bu münaqişə asanlıqla həll olunacaq. Amma məlum oldu ki, vəziyyət Yaxın Şərqdəkindən də mürəkkəbdir. Sonra nə olacağını görəcəyik”.






