media-img_20250818_235617_560

ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa ölkələrinin rəhbərləri ilə görüşü zamanı Azərbaycan barədə də danışıb.

Patrulaz.az Xarici KİV-ə  istinadən xəbər verir ki, Tramp görüş çərçivəsində Ermənistanla Azərbaycan arasında sülh təşəbbüslərinə toxunub.

ABŞ lideri qeyd edib ki, prezidentliyi dövründə bir neçə münaqişənin həllinə nail olub:

“Məsələn, Konqoda 30 ildən artıq davam edən müharibəyə son qoydum. Bundan əlavə, ötən həftə Ermənistanla Azərbaycan arasında 35 il davam edən münaqişəni bitirdim. Hər iki ölkə bu baxımdan böyük əhəmiyyətə malikdir”-deyə Tramp bildirib.


Bənzər xəbərlər