Tramp Zelenskini "çətinliklərdən keçmiş güclü lider" adlandırdı
“O, çətinliklərdən keçmiş çox güclü liderdir”.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Zelenski barədə oktyabrın 17-də ABŞ-nin Ağ Evində baş tutan görüşü zamanı deyib.
Görüşdə Tramp, həmçinin Zelenski ilə yaxşı anlaşdığını və onun pəncəyini bəyəndiyini söyləyib.
“Biz çox yaxşı anlaşırıq. Zelenski pencəyində çox gözəl görünür. Pencək həqiqətən çox qəşəngdir. Çox xoşuma gəlir”, – deyə ABŞ lideri əlavə edib.
Görüşün məqsədi Zelenskinin ABŞ-dən Tomaqavk raketlərini almaq barədə razılığa gəlməkdir.
Xatırladaq ki, Tramp Zelenski ilə görüşündən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.






