Trampdan sonra o da İrana zərbə endirəcəyini bildirdi
İsrailin Baş naziri Benyamin Netanyahu İrana təhdid xarakterli mesaj göndərib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir İranın İsrailə hücum edəcəyi təqdirdə ölkəsinin dərhal cavab verəcəyini bildirib.
“Əgər onlar hücum etsələr, biz onları vuracağıq”, – deyə Benyamin Netanyahu qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da Netanyahudan əvvəl İrana etirazçılara zərər verəcəyi təqdirdə ölkəsinə zərbə endirməsi ilə bağlı xəbərdarlıq etmişdi.
Qeyd edək ki, İranda 2025-ci il dekabrın 28-də yerli valyutanın xarici valyutalara nisbətən sürətlə dəyərdən düşməsi və iqtisadi çətinliklərin dərinləşməsi səbəbindən etiraz aksiyaları başlayıb. Həmin dövrdə Donald Tramp etirazçılara dəstək mesajları göndərərək, onlara kömək göstəriləcəyini bildirmişdi.






