media-inshot_20250923_130909203

ABŞ Prezidenti Donald Trampın təyyarəsinin 18 sentyabr 2025-ci ildə Londonda təcili eniş etməsinin əsl səbəbi məlum olub.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqtondan Londona səfər edən Tramp və həyat yoldaşı Melaniyanın “Marine One” helikopterinə lazer işığı salındığı ortaya çıxıb.

Hadisə üzrə aparılan araşdırma nəticəsində 33 yaşlı Ceykob Samuel Vinkler təyyarəni lazer göstərici ilə nişan almaqda ittiham olunub.

Məlumata görə, şüphəli havada “Marine One” helikopterinə lazer işığı yönəldərək pilota mane olmaq üzrə, toqquşma riski yaradıb. Şübhəli bildirib ki, o bunun qanunsuz olduğunu bilməyib və lazeri obyektlərə durma işarəsi kimi yönəltdiyini düşünüb. Polis əməkdaşları onun üzərindən kiçik bıçaq da aşkar ediblər.

Qeyd edək ki, həmin gün helikopterdə “hidravlik sistemdə problem” yarandığı açıqlanmış və pilotlar ehtiyat məqsədilə yaxınlıqdakı hərbi aerodroma eniş ediblər.

Hadisədən sonra Tramp və həyat yoldaşı dərhal başqa helikopterə keçirilərək Stansted hava limanına çatdırılıb və oradan “Air Force One” təyyarəsinə minərək Vaşinqtona qayıdıblar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər