media-inshot_20251017_100531502

ABŞ Prezidenti Donald Tramp Ukrayna nümayəndə heyətinin Vaşinqtona gəldiyi vaxtda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Patrulaz.az “qazet.ru”ya istinadla xəbər verir ki, Trampın Putinlə danışdığını və onunla Macarıstanda görüşmək barədə razılığa gəldiyini öyrənən Ukrayna Prezidenti Volodomir Zelenski təəccüblənib.

Ona görə ki, Zelenski Trampla görüşə ümid edərək ölkəsinin “Tomaqavk” raketləri alacağı gözləntisi ilə Vaşinqtona səfər edib. Lakin bu görüşdən əvvəl Trampın Vladimir Putinlə telefon danışığı aparması ABŞ-nin Ukraynaya hərbi yardım planlarına təsir edə biləcəyi ehtimalını artıb.

Qeyd edək ki, Putinlə söhbətdən sonra Tramp ABŞ-nin çoxlu raketlərə malik olduğunu, lakin ölkənin yalnız öz ehtiyaclarını qarşılaması üçün kifayət etdiyini bildirib. Rusiya lideri isə “Tomaqavk” raketlərinin Ukraynaya verilməsi fikrini bəyənməyib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər