media-inshot_20251205_230900299

Türkiyənin İstanbul şəhərində jandarma qüvvələri tərəfindən televiziya xəbər aparıcılarına qarşı narkotik əməliyyatı həyata keçirilib.

Patrul.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, əməliyyat zamanı müxtəlif kanallarda çalışan 3 tanınmış jurnalist – “Show TV”nin aparıcısı Ela Rumeysa Cebeci; “Habertürk”ün aparıcısı Meltem Acet və “Beyaz TV”nin aparıcısı Hande Sarıoğlu jandarma qrupları tərəfindən saxlanılıb.

Məlumata görə, adıçəkilən şəxslər əvvəlcə sağlamlıq müayinəsindən keçirilərək, daha sonra Jandarma Komandanlığına aparılıblar.

Rəsmi qurumlardan bildirilib ki, əməliyyatda təkcə bu üç şəxs deyil, onların saxlanılmasında bir neçə başqa məşhur da iştirak edib. Jandarma müxtəlif vilayətlərdə eyni vaxtda əməliyyat keçirərkən, bir neçə media xadiminin də istintaqa cəlb olunduğu bildirilib.

Əməliyyatın başladılmasına səbəb kimi “narkotik istifadəsi və narkotik ticarətinin təşviqi” olub.

Qeyd edək ki, adıçəkilən media nümayəndələri ilə birlikdə saxlanılan digər şəxslərin də ifadələrinin alındığı və istintaqın dərinləşdirildiyi bildirilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər