Türkiyədə dəhşətli anlar: Zəlzələdən zədələnən beşmərtəbəli bina qəfil çökdü - VİDEO
Türkiyənin Hatay vilayətində 6 fevralda baş verən zəlzələ zamanı zədələnən beşmərtəbəli yaşayış binası çöküb.
Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Məlumata görə, binadan beton parçalarının düşməsi səbəbindən yol nəqliyyat üçün müvəqqəti olaraq bağlanıb. Hadisə yerinə cəlb edilən polis əməkdaşları ərazini təhlükəsizlik lenti ilə əhatəyə alıb və küçədə hərəkət məhdudlaşdırılıb.
Hazırda ərazidə dağıntıların təmizlənməsi istiqamətində işlər aparılır. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma davam etdirilir.






