media-img_3246

Türkiyənin Daxili İşlər Nazirliyi FETÖ terror təşkilatına qarşı aparılan əməliyyatların nəticələri ilə bağlı məlumat yayıb.

Patrul.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, son iki həftə ərzində ölkənin 29 vilayətində keçirilən xüsusi əməliyyatlar zamanı 63 şübhəli şəxs saxlanılıb.

Saxlanılan şəxslərdən 41 nəfər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, 4 nəfər haqqında isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub.

Hazırda digər saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.


Bənzər xəbərlər