media-inshot_20260220_092033292

Türkiyənin Hatay vilayətində 4,2 maqnitudalı zəlzələ baş verib.

Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeraltı təkanlar 9,2 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ qısa müddətli panikaya səbəb olsa da, ilkin məlumata görə hər hansı dağıntı və ya xəsarət faktı qeydə alınmayıb.

Aidiyyəti qurumlar tərəfindən ərazidə monitorinq və araşdırmalar davam etdirilir.


Bənzər xəbərlər