media-inshot_20250811_214424517

Türkiyənin Balıkesir şəhərində 4,4 maqnitudalı zəlzələ olub.

Patrulaz.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) yayıb.

Bildirilib ki, zəlzələ Sındırğı rayonunda yerli vaxtla 19:52-də (Bakı vaxtı ilə 20:52-də) qeydə alınıb.

Xatırladaq ki, avqustun 10-da da Sındırğıda 6,1 maqnituda gücündə dağıdıcı zəlzələ olmuşdu.


Bənzər xəbərlər