Türkiyədə zəlzələ oldu
Türkiyənin Ərzincan bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib.
Patrul.az xəbər verir ki, yeraltı təkanlar gecə saatlarında Ərzincanın Kemah rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 7,2 kilometr dərinlikdə yerləşib.
AFAD və təhlükəsizlik qurumlarından verilən ilkin məlumata görə, hadisə nəticəsində itki və ya maddi ziyan qeydə alınmayıb.
Aidiyyəti qurumlar ehtiyat tədbiri olaraq ərazidə monitorinq və sahə araşdırmalarını davam etdirirlər.






