Türkiyədəki meşə yanğınları Bülent Ersoyun evinə çatdı
Antalyada meşə yanğınları davam edir.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, Antalyanın Aksu, Qazipaşa, Manavqat və Muratpaşa rayonlarında meşə yanğınları sürətlə yayılır. Alov tanınmış sənətçi Bülent Ersoyun Kundu rayonundakı villasına qədər çatıb.
Məlumata görə, Ersoy dərhal təxliyə olunub. Onun vəziyyəti hazırda yaxşıdır.
Yanğınsöndürənlər alovu nəzarətə alıblar.






