Türkiyəli gəncdən sevgilisinə təəccübləndirən evlilik təklifi sürprizi!
Adana sakini avtomobil icarəsi sahəsində çalışan Metin Topal, bədən tərbiyəsi müəllimi olan sevgilisinə qeyri-adi bir evlilik təklifi planlaşdırıb.
Patrulaz.az “SonDakika”ya istinadən xəbər verir ki, o, şəhərdəki bir uçuş məktəbi ilə razılaşaraq iki fərqli təyyarə kirayələyib və səmada gəzinti təşkil edib.
Metin Topal, sevgilisinin olduğu təyyarə ilə birgə paralel uçuş edərkən radio bağlantısı ilə bu sözləri deyib: “Sevgilim, biz yer üzündə tanış olduq. Sənə belə bir ilki yaşatdığım üçün çox xoşbəxtəm. Ümid edirəm sən də xoşbəxtsən. Qalan həyatımızı sonsuz bir eşq içində keçirmək istəyirəm. Mənimlə evlənərsənmi?”
Təəccüblənən Sebihe Nur Özerten bu romantik təklifi qəbul edib və zarafatla “Diz çökməmək üçün bunu etdin, elə deyilmi?” deyə qarşılıq verib. Uçuşdan sonra eniş edən Metin Topal sevgilisinin qarşısında diz çökərək bir daha evlilik təklifi edib və üzüyünü təqdim edib. Cütlüyün təyyarə kamerasına yansıyan bu anları sosial mediada böyük maraqla izlənilib.
Ləman Sərraf