media-img_4066

Türkiyənin məşhur “Kuruluş Osman” filmində “Yaşa, mənim xalqım” mahnısı ifa edilib.

Patrulaz.az xəbər verir ki, sözləri nəğməkar şair Zivər Ağayevaya və bəstəsi Rauf Məmmədova məxsus olan “Yaşa, mənim xalqım” mahnısı Türkiyə ekranlarında canlandırılan məşhur tarixi “Kuruluş Osman” filiminin 187-ci bölümündə müxtəlif alətlərin müşahidəsi ilə səsləndirilərək, izləyicilərə qürurverici anlar yaşadıb və qısa müddətdə geniş yayılaraq gündəmə çevrilib.

Görünür ki, Rauf Məmmədovun nəğməkar şair Zivər Ağayevanın sözlərinə əsasən bəstələmiş olduğu “Yaşa, mənim xalqım” mahnısı bu gün sözün əsl mənasında bütün türk dünyasının milli marşına çevrilib.

Mahnı türk, özbək, qazax, tatar, qaqauz və s. xalqların dilinə çevrilərək sevilə-sevilə oxunur.

Gülbəniz Səfərova


Bənzər xəbərlər