media-ccf7282b-d8c5-44c9-a605-3ee2ba69f6de

Ərini öldürən qadın, evdəki tutuquşunun şahid olacağını düşünməmişdi. 2015-ci ildə ABŞ-ın Miçiqan ştatında yaşayan Glenna Duram ərini – Martin Duramı beş dəfə atəş açaraq öldürüb, daha sonra silahı özünə çevirərək intihara cəhd edib.

Patrulaz.az “Cursorinfo”ya istinadən xəbər verir ki, hadisə yerinə gələn polis əməkdaşları Glenna Duramın hələ də sağ olduğunu müəyyən ediblər. O, kim tərəfindən atəş açıldığını xatırlamadığını deyib. İstintaqın ilkin mərhələsində bu hadisənin ikiqat qətl ola biləcəyi ehtimal olunub, çünki Glenna başından güllə yarası almışdı.

Lakin hadisənin gedişatı evdəki tutuquşunun dediklərindən sonra dəyişib. Martin Duramın ailəsi tutuquşu Buddan “Atma, atma!” sözlərini eşidib. Quş bu sözləri Martin Duramın səsi ilə təkrar edirmiş. Ailə bu ifadələrdə ciddi ipucu ola biləcəyindən şübhələnib.

Sonrakı istintaq zamanı Glenna Duramın ailəsinə ünvanladığı vida məktubları tapılıb. Həmçinin məlum olub ki, cütlük ciddi maliyyə çətinlikləri yaşayırmış və bu vəziyyət onların evlərini itirməsi ilə nəticələnə bilərmiş. Cütlüyün qumar vərdişi səbəbilə borcları artıb, bu isə istintaqı Glenna Duramın atəş açdığı qənaətinə gətirib çıxarıb.

Tutuquşunun “atma” qışqırıqları Martin Duramın ailəsi üçün bu hadisədə daha dərin bir həqiqətin gizləndiyinə dair mühüm dəlil kimi qiymətləndirilib. Glenna həmin gün baş verənləri xatırlamadığını, lakin ərini öldürmədiyini iddia edib. Buna baxmayaraq, sonda onun barəsində qətl ittihamı ilə məhkəmə prosesi başlanıb. Tutuquşunun şahid qismində çıxış etməsinə icazə verilməyib, baxmayaraq ki, Martin Duramın ailəsi onun dediklərinin əhəmiyyətli olduğunu düşünürdü. Prokurorluq isə tutuquşunun qışqırıqlarını rəsmi dəlil kimi qəbul etməyib.

Ləman Sərraf


Bənzər xəbərlər