media-2606673a-6106-4115-9980-3666fd1a66d0

Hindistanda üç yeniyetmə kənd yerlərinə peyvənd və dərman çatdırılmasına kömək etmək üçün duzla işləyən soyuducu icad ediblər. İndor şəhərindən olan Dхruv Çaudhari, Mitran Ladhaniya və Mridul Ceyn bu ixtiraya görə 12 500 ABŞ dolları məbləğində “Earth Prize”mükafatını qazanıblar.

Patrulaz.az “Business Insider”ə istinadən xər verir ki, bu soyuducu elektrik enerjisinə ehtiyac duymur. Bunun əvəzinə, duzun suda həll olarkən ətraf mühitdən istiliyi udması prinsipinə əsaslanır.

COVID-19 peyvəndlərinin elektrik olmayan kənd ərazilərinə çatdırılmasında yaşanan çətinlikləri eşidən bu gənclər duzla soyutma metodunu tapmaq qərarına gəliblər.

Onların ixtirası “Thermavault” adlanır. Qazandıqları 12 500 dollarla 200 belə soyuducu hazırlayıb, 120 xəstəxanaya göndərərək sınaqdan keçirmək niyyətindədirlər.

“Thermavault” peyvəndlər, dərmanlar, tibbi materiallar, hətta orqanların daşınması üçün nəzərdə tutulub.

İndor şəhərindəki “V One” xəstəxanasında cihazı sınaqdan keçirən ortoped cərrah Dr. Priteş Vyas fikirlərini bölüşüb:
“Biz peyvəndləri “Thermavault”un içində 10-12 saata qədər saxlaya bildik. Bu cihaz ucqar bölgələrdə, kəndlərdə olduqca faydalı olacaq”.

Ləman Sərraf


Bənzər xəbərlər