UEFA Çempionlar Liqası: Doğma meydanda “Qarabağ” - “Ayntraxt Frankfurt” qarşılaşması
UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda Azərbaycanı təmsil edən “Qarabağ” bu gün Almaniyanın “Ayntraxt Frankfurt” klubu ilə üz-üzə gələcək.
Patrul.az xəbər verir ki, matçı İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sandro Şarer olacaq, ona Stefan de Almeyda və Conas Erni kömək edəcək. Dördüncü hakim funksiyasını Yohannes fon Mandak yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da isə Lukas Fandrix fəaliyyət göstərəcək.
Məlumat üçün bildirək ki, “Qarabağ” UEFA Çempionlar Liqaxsının altı turunda iki qələbə, bir heç-heçə və üç məğlubiyyətlə yeddi xal toplayıb.
Qeyd edək ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.






