media-inshot_20251208_082003279

“Ukrayna qalib gələrsə, şəhərlərin əsas meydanlarında Zelenskinin abidələri ucaldılacaq”

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın xalq deputatı, Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi, SBU polkovniki Roman Kostenko səsləndirib.

O, Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət edərək, Ukrayna xalqı ilə müharibənin taleyi ilə bağlı daha açıq danışmağın vacibliyini vurğulayıb:

“Prezident çıxıb deməlidir ki, xalq olaraq ya səfərbər olacağıq, ya da bu müharibəni uduzacağıq. Bu, artıq etiraf etməli olduğumuz bir reallıqdır” – deyə Kostenko bildirib.

Onun sözlərinə görə, Ukraynanın bu müharibədə qalib gəlməsi ölkənin suverenliyini tam təmin edəcək:

“Əgər biz bu müharibədə qalib gəlsək, şəhərlərimizin əsas meydanlarında prezidentin abidələri ucaldılacaq. Çünki bu, Ukraynanın müstəqilliyi uğrunda apardığı ən böyük müharibədir. Qələbə halında suverenliyimizlə bağlı artıq heç bir sual qalmayacaq. Düşünürəm ki, bütün qalmaqallar unudulacaq və o, Çörçil kimi qalib lider kimi tarixə düşəcək” – deyə deputat əlavə edib.

media-312025_69357365211728_93762639_1500
Roman Kostenko

Gülbəniz Səfərova


Bənzər xəbərlər