media-inshot_20260227_223449608

Ukrayna Rusiyanın “Şahed” dronlarına kömək edən şəbəkəni dağıdıb.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın Müdafiə naziri Mixaylo Fedorov jurnalistlərlə görüşündə açıqlayıb.

Bildirilib ki, Ukrayna hakimiyyəti Rusiyanın “Şahed” dronlarını ölkənin şimal istiqamətinə yönləndirmək üçün istifadə edilən şəbəkəni sıradan çıxarıb.

Məlumata görə, söhbət bütün iştirakçıların bir-birinə məlumat ötürərək ötürücü rolunu oynadığı xüsusi rabitə sistemindən gedir.

Şəbəkənin əsas qovşaqları Ukraynaya istiqamətlənmiş güclü antenalarla təchiz olunmuş, 70-80 metr hündürlüyündə mobil qüllələrdə yerləşdirilib. Bu qüllələr vasitəsilə rus operatorları ilə əlaqə təmin edilərək dronların idarə olunması həyata keçirilib.

Sistemin idarə olunması üçün həm Rusiyada, həm də Belarusda yerləşən komanda məntəqələrindən istifadə olunduğu qeyd edilib.

Şəbəkənin sıradan çıxarılmasının Ukraynanın paytaxtı Kiyev və ölkənin mərkəzi bölgələrinin müdafiə imkanlarını daha da gücləndirdiyi bildirilib.


Bənzər xəbərlər