media-inshot_20251010_232629332

ABŞ-də Ukrayna Silahlı Qüvvələri üçün partlayıcı maddə istehsal edən hərbi zavodda güclü partlayış baş verib.

Patrulaz.az yerli KİV-ə istinadla xəbər verir ki, hadisə Tennessi ştatının Baksnort şəhəri yaxınlığında yerləşən “Precise Energetic Systems” şirkətinə məxsus müəssisədə qeydə alınıb.

Partlayış nəticəsində 19 nəfərin itkin düşdüyü bildirilir.

Məlumata görə, şirkət hərbi, aerokosmik və dağ-mədən sənayesi üçün partlayıcı maddələr və enerji avadanlıqları istehsal edib.

Hazırda fabrikin ərazisində partlayışlar davam etdiyindən xilasedicilər hadisə yerinə daxil ola bilmirlər.

Yayılan görüntülərdə ətrafdakı avtomobillərin yararsız hala düşdüyü və partlayışın çox şiddətli olduğu əks olunub.

Qeyd edək ki, partlayışın səbəbi isə hələlik məlum deyil.

Gülbəniz Səfərova


Bənzər xəbərlər