Ukraynada matəm elan olundu
Avqustun 29-u Ukraynanın paytaxtı Kiyevdə matəm günü elan olunub.
Patrulaz.az xəbər verir ki, bu barədə açıqlama Ukraynanın Azərbaycandakı səfirliyinin “Facebook” hesabında yer alıb.
Bildirilib ki, matəm günü avqustun 28-nə keçən gecə Rusiya ordusunun paytaxta təşkil etdiyi kütləvi hücumun qurbanlarının xatirəsinə həsr olunub.
“Rusiya tərəfindən endirilən zərbələr nəticəsində azı 23 nəfər, o cümlədən 4 uşaq həyatını itirib. Onlarla insan, aralarında uşaqlar da olmaqla, yaralanıb. Bir neçə nəfərin taleyi barədə hələ də məlumat yoxdur. Hücum nəticəsində Kiyevin bir çox rayonlarında pəncərələr sınıb, infrastruktur dağılıb. Ümumilikdə 200-dən artıq bina zərər görüb. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Rusiya hər qəddarcasına yarımçıq qoyulan həyata görə cavab verməlidir”, – səfirliyin açıqlamasında qeyd edib.






