media-inshot_20251020_215545571

“Müharibə gözlənilməzdir və Ukraynanın hələ də qalib gəlmək şansı var”.

Patrulaz.az “Lenta.ru”ya istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi barədə danışarkən deyib.

Trampın sözlərinə görə, Ukraynanın müharibədə qalib gəlmək imkanı hələ də qalır:

“Yaxşı, bilərdilər… Onlar yenə də qalib gələ bilərlər. Düşünmürəm ki, qazanacaqlar, amma hər şey mümkündür. Müharibə çox qəribə bir şeydir”, – deyə ABŞ lideri bildirib.

Qeyd edək ki, oktyabrın 23-də ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş planlaşdırılır.

Görüşdə Donald Tramp və Vladimir Putin arasında keçiriləcək sammitin şərtlərinin razılaşdırılması gözlənilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər