media-6895ad7c-04ab-41cc-889d-81f0718676c5

Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən ümumi istifadəyə açıq yolun məhdudlaşdırılması ilə bağlı məsələ bir müddət əvvəl Patrul.az tərəfindən ictimayiləşdirilmişdi.

Redaksiyamıza daxil olan müraciətlərdə bildirilirdi ki, sözügedən ərazi zəncir və qıfıl vasitəsilə bağlanaraq faktiki olaraq məhdudlaşdırılıb və əraziyə yalnız “Azgil Lounge” adlı obyektin sahiblərinə və onların müştərilərinə məxsus nəqliyyat vasitələrinin daxil olmasına şərait yaradılıb. Sakinlər iddia edirdilər ki, ümumi istifadədə olan yolun bu formada məhdudlaşdırılması qanunvericiliyin tələblərinə ziddir və vətəndaşların bərabər istifadə hüququnu pozur.

Patrul.az-ın əldə etdiyi məlumata görə, yayımlanan materialdan sonra polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, əraziyə qoyulmuş məhdudlaşdırıcı vasitələr aradan qaldırılıb və ərazi yenidən sakinlərin ümumi istifadəsinə verilib.

media-1625379e-e769-413c-b3ea-b4f71f3045ae media-af2f5a7e-d630-44f9-b9c7-bff37c67c89f media-582f8cdb-903b-408a-9288-248e00d916a2 media-d7baf214-2898-496e-a8b5-4e93456ac862


Bənzər xəbərlər