media-dl_6a9z4sshpxwqqkr9bwcrn9ntd22fobdjyj2psup4xdkgn9zfcp1ostmvs_cwd9zgspqgxfylkyg0bbegdfm0lsoeoh5m0ix8qftn_r_g2frkulfjvv9yp76hhjcv9vavmjcpmmxnpqc3hmehw7u1qpkaevwqygkgsrunvodw5yoyvhdq1ybmeyou4lk49

UNESCO-nun dünya mədəni irsinin qorunması istiqamətində üzərinə götürdüyü öhdəliklər və Qarabağdakı mədəni irslə bağlı uzun illər sərgilədiyi mövqe müzakirə olunmaqda davam edir. Milli Məclisin deputatı Pərvanə Vəliyeva mövzu ilə bağlı Patrul.az-a açıqlamasında təşkilatın mandatı, beynəlxalq konvensiyalar çərçivəsində daşıdığı məsuliyyət və Qarabağla bağlı yanaşmasına münasibət bildirib.

Pərvanə Vəliyeva bildirib ki, UNESCO-nun əsas missiyası dünya mədəni və təbii irsinin qorunmasıdır:

“Bu mandat bir sıra beynəlxalq konvensiyalarla təsbit olunub. Xüsusilə 1954-cü il Silahlı Münaqişə Baş Verdikdə Mədəni Sərvətlərin Qorunması haqqında Haaqa Konvensiyası və onun Protokolları mədəni irsin müharibə və silahlı münaqişələr zamanı qorunmasını tələb edir”.

Deputatın sözlərinə görə, həmçinin, 1972-ci il Dünya Mədəni və Təbii İrsin Mühafizəsi haqqında UNESCO Konvensiyası dünya irsi obyektlərinin qorunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Həmsöhbətimiz onu da qeyd edib ki, Azərbaycan UNESCO-nun üzvü kimi bu konvensiyaların iştirakçısıdır və təşkilatın fəaliyyətinə üzvlük haqları vasitəsilə də töhfə verir.

media-whatsapp-image-2026-07-14-at-15-26-33

Millət vəkili vurğulayıb ki, buna baxmayaraq, uzun illər ərzində UNESCO Qarabağda mədəni irsin vəziyyətini yerində qiymətləndirmək üçün missiya göndərmədi:

“Bu, təşkilatın mandatının qərəzsiz icrası ilə bağlı suallar doğurdu. Həmçinin işğaldan azad edildikdən sonra missiya niyyəti olsa da, onlar missiyanın texniki qiymətləndirmə sənədində “Dağlıq Qarabağ” hansı ki legitim olmayan bir ifadəni işlətmiş, daha sonra əraziləri Azərbaycan ərazisi kimi yazmaqdan imtina etmişdi. UNESCO-nun 2019-cu ildə seçilən Baş direktoru fransız siyasətçi Odre Azule məsələyə siyasi yanaşma nümayiş etdirdi. UNESCO öz 2022-ci il hesabatında etiraf edir ki, Ermənistan tərəfinin etirazları fonunda missiyanın həyata keçirilməsinə baş tutmadı”.

Deputat əlavə edib ki, bu yanaşma UNESCO-nun öz mandatına və beynəlxalq konvensiyalardan irəli gələn prinsiplərinə uyğunluğu ilə bağlı suallar yaradır.

Ləman Sərraf


Bənzər xəbərlər