"Uşaqlarımızı süni intellektin təhlükələrindən qorumalıyıq" - Makron
Fransa Prezidenti Emmanuel Makron süni intellektin uşaqlar üzərində yaratdığı təhlükələrdən danışıb.
Patrul.az xəbər verir ki, Makron bu barədə Hindistanın Yeni Dehli şəhərində iki ölkə arasında süni intellekt sahəsində əməkdaşlığa həsr olunmuş konfrans zamanı deyib.
“Mövcud sistemdə bəzi şeylərin düzgün olmadığı aydındır. Uşaqlarımızın və gənclərimizin vəziyyətinə baxın. Əgər sosial mediadan danışırsınızsa, sosial şəbəkələrdəki çatbotlara agent imkanları əlavə edirsinizsə, deməli, dəhşətli bir vəziyyətin başlanğıcındasınız”, – deyə o bildirib.
Fransa liderinin sözlərinə görə, ölkəsi süni intellekt sahəsində ABŞ və Çindən geridə qalsa da, bu istiqamətdə tədbirlər görməyə davam edir.
Makron “Uşaqlarımızı qorumalıyıq və bunu etməyi öyrənirik” deyərək Avropa İttifaqı şirkətlərini də bu sahədə şəffaf olmağa çağırıb.
Fransa Prezidenti son olaraq alqoritmlərin sosial mediada yaratdığı təsirə də toxunub.






