media-inshot_20251017_084039665

Rusiyanın məşhur “Maşa və Ayı” cizgi serialı ilə bağlı Ukrayna sanskiyalar tətbiq etməyə çağırıb.

Patrulaz.az “UNN” istinadən xəbər verir ki, bu çağırışa səbəb kimi Rusiya-Ukrayna münasibətlərindəki gərginliklə yanaşı, cizgi filminin Rusiya imperiyasına xas simvolları və təbliğat elementlərini özündə daşıması göstərilib.

Bu barədə “Facebook” hesabında paylaşım edən ukraynalı ictimai xadim Yaroslav Yurçiş bildirdiyinə görə, “Maşa və Ayı”nın Ukrayna dilində versiyasında belə, Rusiya təbliğatına bənzər məzmun açıq şəkildə hiss olunur.

“Cizgi filmləri Rusiya Federasiyasının uşaqlarımızın beynini zəbt etmək üçün daxil olduğu böyük bir iş sahəsidir. Valideynlər çox vaxt övladlarının YouTube-da baxdıqlarına fikir vermirlər. Biz bu sahəni rus məzmunundan təmizləməli və öz məhsulumuzun yaradılmasını stimullaşdırmalıyıq”,- deyə Yurçiş qeyd edib.

İddiaya görə, “Maşa və Ayı”da baş qəhrəmanın hər dəfə cəzasız qalması, bəzi səhnələrdə isə sovet dövrünə aid hərbi geyim və simvolların göstərilməsi Rusiya təbliğatının izləri kimi qiymətləndirilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər