“Valideynin uşaq üzərindəki təzyiqi deyil, diqqəti mühüm rol oynayır” – PSİXOLOQ
“Keçən zaman göstərir ki, bir dövrün gəncləri birbaşa olaraq izlədikləri filmlərin, oradakı obrazların təsiri altında qalıb. Bu gün çəkilən filmlərdə də istər intihar səhnələri, istərsə də davranış pozuntusundan əziyyət çəkən şəxslərin obrazları gənclər tərəfindən təəssüf ki, örnək götürülür”.
Bu sözləri “Patrulaz”a açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

O bildirib ki, valideynlər övladlarının izlədiklərinə, hansı səhnəni alqışladıqlarına diqqət etməlidirlər: “Belə olan halda həmin uşaqların yetkinlik yaşına çatdıqda hər hansı mənfi davranışlarının qarşısını qismən də olsa ala bilərik.
Bu baxımdan da valideynin uşaq üzərindəki təzyiqi deyil, diqqəti birbaşa olaraq mühüm rol oynayır”.






