Varlıların və güclülərin yaşayacağı yeraltı şəhər tikilir
ABŞ prezidenti Corc H. V. Buş dövründə nazir müavini olmuş Ketrin Ostin Fittsin açıqlaması təəccüb doğurub.
Patrulaz.az xarici mənbəyə istinadən xəbər verir ki, o, ABŞ-də illərlə xalqdan gizli şəkildə varlılar və güclülər üçün yeraltı şəhərlər tikildiyini iddia edib.
Onun sözlərinə görə, hökumət 21 trilyon dolları məhz fövqəladə vəziyyətlərdə varlıların sığınması üçün nəzərdə tutulan yeraltı bazalara xərcləyib. Fitts bildirib ki, bu şəhərlər insan nəsli məhv olmaq təhlükəsi qarşısında qalanda istifadə ediləcək. İddiaya görə, ABŞ-də azı 170 belə gizli obyekt var və bəziləri hətta okeanların altında inşa edilib.
Ketrin Ostin Fitts həmçinin qeyd edib ki, bu yeraltı bazalar həmçinin ABŞ-nin məxfi kosmik proqramlarına da xidmət edir. Ekspertlərin sözlərinə görə, son illər dünyada artan müharibə riski, iqlim böhranı və pandemiyalar səbəbilə belə sığınacaqlara maraq varlı təbəqə arasında daha da artıb. ABŞ-də daha əvvəl də “D.U.M.B.” (Deep Underground Military Bases) adlanan və hökumətin gizli tunel və bazalar şəbəkəsi olduğu iddiaları gündəmə gəlmişdi. Rəsmi Vaşinqton isə bu iddiaları nə təsdiq edib, nə də təkzib.
Ləman Sərraf