Vegeterianlar üçün əti əvəz edən qidalar hansılardır?
Vegeterian olmaq sadəcə ət yeməmək deyil, orqanizmin ehtiyac duyduğu zülalı, dəmiri və B qrup vitaminlərini başqa mənbələrdən almağı da bacarmaqdır.
Bəs bu qidalar hansılardır?
Patrulaz.az vegeterianlar üçün əti əvəz edən qidaların bir neçəsini sizə təqdim edir.
Paxlalılar
Noxud, mərci, lobya – bunlar vegeterianların “ət alternativi üçlüyü” sayılır. Zülalla zəngindirlər, uzun müddət toxluq hissi yaradırlar və asanlıqla salat, şorba, hətta köftə kimi yeməklərə çevrilirlər.
Qoz-fındıq və toxumlar
Badam, çia, kətan və balqabaq tumu həm sağlam yağlarla, həm də dəmir və sinklə zəngindir. Gün ərzində az miqdarda yeyilsə belə, böyük enerji verir.
Yumurta və süd məhsulları (əgər lakto-ovo vegeteriansınızsa)
Bu məhsullar həm B12 vitamini, həm də yüksək keyfiyyətli zülal baxımından vacibdir.
Yaşıl yarpaqlılar və dənli məhsullar
İspanaq, kələm, qarabaşaq və kinoa həm dəmir, həm maqnezium, həm də lif qaynağıdır.
Ləman Əlizadə






