media-bfa3d503-18cf-4b19-ac69-f56c95ebb814

Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 613-cü məhəllədə binanın zirzəmisində vətəndaşlara məxsus yeraltı avtodayanacaq 3 sakin tərəfindən zəbt edilib.

Patrulaz.az-ın qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, sözügedən avtodayanacaq 3 sakin tərəfindən zəbt edilib və onlar burada qeyri-qanuni “parkovka” fəaliyyəti ilə məşğul olurlar.

Sözügedən məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən, Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 613-cü məhəllədə (M.Muxtarov küçəsi, 185B) yeraltı avtodayanacaq və qeyri-yaşayış obyektləri inşa edilmişdir. Həmin Sərəncamın icrasına uyğun olaraq qeyd olunan tikililərin aidiyyəti quruma təhvil verilməsi məqsədilə 2024-cü ilin iyun ayında həmin qurumun nümayəndələri ilə birlikdə əraziyə baxış keçirilmiş və təhvil üçün lazımi bütün sənədlər tərəfimizdən təqdim edilmişdir. Odur ki, həmin avtodayanacaq və qeyri-yaşayış obyektlərinin satılması, icarəyə verilməsi və ya hər hansı kommersiya məqsədilə istifadəsi Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid deyildir.

Həmçinin, bildiririk ki, təqdim edilən videoçəkilişdə hər hansı sübut olmadan adı çəkilən Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxsinin qeyd olunan obyektlə heç bir əlaqəsi yoxdur və səslənən fikirlər şər-böhtan xarakteri daşımaqla yolverilməzdir.

Bundan əlavə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 613-cü məhəllədə (M.Muxtarov küçəsi, 185B) yeraltı avtodayanacaqda fəaliyyət göstərən obyektlərdə keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş obyektlərdə xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilərək obyektlərin fəaliyyəti dayandırılıb.

media-6d3040b0-8830-4e87-b158-f1343467382f

media-b01b35c4-9b06-4fdc-adb4-df8dcd55de7a
media-ae2bb04c-1dd9-404e-8c1a-fc3c9983a80fmedia-e962e8de-82c7-42fe-a9d2-82816c538329media-32a2baa1-bd8d-436e-82bf-2fb5a28036damedia-9bf0773f-1a27-4ecb-888d-711dd3efe145media-b01b35c4-9b06-4fdc-adb4-df8dcd55de7amedia-e5374d3d-18eb-41cd-a5fd-a56868d1a2d4media-60e2f627-82a9-4ec5-961e-f2cb0554f48fmedia-e962e8de-82c7-42fe-a9d2-82816c538329media-8e0c7043-93d9-408c-80a0-9d021d5ffc13media-bfa3d503-18cf-4b19-ac69-f56c95ebb814


Bənzər xəbərlər