Vətəndaşlar “Bona Dea International Hospital”da ibadət otağının soyuq olmasından şikayətlənib - VİDEO
“Bona Dea International Hospital”-a müraciət edən bəzi vətəndaşlar namaz qılmaq üçün ayrılan otaqların soyuq olmasından şikayətlənib.
Patrulaz.az-a vətəndaşların bildirdiyinə görə, otaqların istilik sistemi zəif olduğundan ibadət zamanı uzun müddət orada qalmaq çətinləşir: “Müəyyən edilmiş namaz otaqları var, amma hava çox soyuq olduğuna görə rahat istifadə etmək mümkün deyil. Qış aylarında xüsusilə çətinlik çəkirik” – deyə vətəndaşlardan biri bildirib. Şikayətçilər xəstəxana rəhbərliyindən namaz otaqlarında istilik sisteminin gücləndirilməsini və ibadət üçün daha rahat şərait yaradılmasını xahiş edirlər.