media-img_20250904_182416_921

Xaçmaz rayonunda yerləşən restoranda nadir və qorunan heyvanların qanunsuz saxlanılması faktı aşkarlanıb.

Patrulaz.az xəbər verir ki, araşdırma zamanı rayonun Müşkür kəndində fəaliyyət göstərən “Çənlibel” restoranında bir sıra fauna növlərinin qeyri-qanuni şəkildə saxlanıldığı müəyyən olunub.

Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən 1 adi flaminqo (Qırmızı Kitaba daxil edilib), 2 harayçı qu quşu, 3 şinşilla götürülüb.

İlkin müayinə zamanı məlum olub ki, təbii miqrasiya prosesinə mane olmaq məqsədilə flaminqo və harayçı qu quşlarının qanadlarının ucları kəsilib.

Hazırda xilas edilən heyvanların sağlamlıq vəziyyəti nəzarətə götürülüb və onların mühafizəsi ilə bağlı tədbirlər davam etdirilir.


Bənzər xəbərlər