media-inshot_20260228_232106528

İsrailin Baş naziri Benyamin Netanyahu Tehranda İranın Ali dini lideri Ayətullah Əli Xameneinin evinin zərbələr nəticəsində dağıdıldığını təsdiqləyib.

Patrul.az “Ynet”ə istinadən xəbər verir ki, Netanyahu bu hücum zamanı Xameneinin öldüyünü bildirib:

“Xameneinin sarayını dağıtdıq, onun sağ olmadığını göstərən bir çox əlamət var”.

O, həmçinin İsrailin İrana hücumu zamanı bir neçə vəzifəli şəxsin öldürüldüyünü də qeyd edib:

“Bu gün İranın nüvə proqramında iştirak edən bir neçə əsas şəxsi zərərsizləşdirdik və rejimə məxsus bir sıra obyektləri hədəf almağa davam edəcəyik”.

Baş nazir İran xalqına da müraciət edib:

“İran xalqı, bu, ömürdə bir dəfə verilən fürsətdir. Küçələrə çıxın, rejimi devirin. İndi sizin şansınızdır”, – deyə o, əlavə edib.

media-sj5o88gywx_0_0_850_479_0_x-large
Zərbədən sonra Xameneinin dağılmış malikanəsinin peykdən görüntüsü

Bənzər xəbərlər